• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 01.02.2024 15:51

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 3 və 10 mart, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 17 mart, 7 və 21 aprel tarixlərində keçiriləcək. Gəncədə yerləşən məktəblərin 11-ci və 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb.

Azad edilən torpaqlardakı 3 məktəbdə ilk dəfə buraxılış imtahanı keçiriləcək
İşğaldan azad edilən torpaqlarda bu il fəaliyyətə başlayan məktəblərdə ilk dəfə buraxılış imtahanları keçiriləcək. İmtahanlar Füzuli M.Uluqbəy adına 1 №-li tam orta məktəb, Laçın Şəhər 2 №-li tam orta məktəb, Zabux kənd tam orta məktəbində keçiriləcək. Ötən il sentyabrın 15-də Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə və Laçın şəhəri 2 nömrəli tam orta məktəb tədrisə başlanılıb. 13 dekabr tarixində isə Laçın rayonu Zabux kəndində tam orta məktəb fəaliyyətə başlayıb.