• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 01.02.2024 15:49

Azad edilən ərazilərdə ötən ay zərərsizləşdirilən minaların sayı açıqlanıb

KepezTV Player

İşğaldan azad olunan ərazilərdə yanvar ayı ərzində 40 tank əleyhinə mina, 123 piyada əleyhinə mina, 203 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə ANAMA-nın açıqlanan aylıq məlumatında qeyd edilib. Bildirilib ki, 734,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.