• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 29.01.2024 15:46

Tovuz sakinindən tapança-pulemyot götürülüb

KepezTV Player

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nuru Tağıyev saxlanılıb. Onun üzərindən 1 ədəd atəşə yararlı, “EAGLE” markalı tapança-pulemyot, 1 ədəd həmin silaha aid daraq və 3 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.