Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib. Günün ilk matçında "Qarabağ" "Kəpəz"lə üz-üzə gəlib. Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib. 72-ci dəqiqədə Olavale Onanuqa Gəncə təmsilçisini hesabda önə keçirib. 79-cu dəqiqədə Olavio Juninyo "köhlən atlar"ın bərabərlik qoluna imza atıb. 90+6-cı dəqiqədə isə "Qarabağ"ın heyətindən Toral Bayramov penaltini dəqiq yerinə yetirib. Beləliklə "Kəpəz"i 2-1 hesabı ilə məğlub edən "Qarabağ" xallarının sayını 47-yə çatdırıb, birinci pillədəki mövqeyini qoruyub saxlayıb. 17 xala malik "Kəpəz" 9-cu sıradadır. XX tura yanvarın 28-də yekun vurulacaq.
- Baxış: 143