• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1335
— 25.01.2024 16:05

Avtoxuliqanın narkotikin təsirində olduğu aşkara çıxıb

Paytaxtda konstruksiya dəyişikliyi etdiyi "KİA" markalı avtomobillə Heydər Əliyev prospektində nəqliyyat axınına əks istiqamətdə hərəkət edən sürücü Qanbayev Elşən İlham oğluna yol polisi tərəfindən saxla işarəsi verilib. Lakin o, buna məhəl qoymayıb. Sürücü saxlanılıb, müayinələr zamanı onun narkotik qəbul etdiyi müəyyən edilib. Qanbayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Şəxs 15 surka inzibati qaydada həbs edilib.