• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 24.01.2024 16:10

“Mançester Siti” klubunun Maliyyə Feyr-Pley qaydalarını pozub?

UEFA prezidenti Aleksander Çeferin İngiltərənin “Mançester Siti” klubunun Maliyyə Feyr-Pley qaydalarını pozduğuna əmindir. Sloveniyalı futbol funksioneri 2020-ci ildə “şəhərlilər”i cəzalandırmaqla düzgün qərar verdiklərini düşünür. İdman Arbitraj Məhkəməsi qərarı ləğv etsə də, Çeferin haqlı olduqlarını bildirib. UEFA 2020-ci ildə “Mançester Siti”ni Maliyyə Feyr-Pley qaydalarını pozduğuna görə 2 il müddətinə avrokuboklardan kənarlaşdırıb. Lakin sonradan İdman Arbitraj Məhkəməsi Premyer Liqa klubunun şikayətini müsbət qiymətləndirərək, cəzanı ləğv edib.