Hər kəs həyatında yeniliyə imza atmaq istəyər, təbii olaraq, bu öz əlimizdədir. Bu yerdə isə psixoloqlarımız vurğulayırlar ki, gənclərin arzu və istəkləri dəyişkəndir. Ancaq biz bu istəkləri müsbət yöndə şəkilləndirməliyik.
Hər kəsin düşüncəsi fərqlilik təşkil etsə də, son zamanlar statistikaya nəzər salsaq, görərik ki, gənclər addım atmağa çəkinirlər. Buna səbəb xarici faktorlar, insanlar tərəfindən olan mühakimə, eyni zamanda, gənclərin gələcək qayğısıdır. Təbii ki, bu yöndə atılan addımlarda “valideyn” anlayışı da özünü düzgün şəkildə doğrultmalıdır.
İndi isə istəyirəm, bir gəncimizin fikrini öyrənək. Soruşaq ki, “gənclər təzə fikirlərə nə qədər açıqdır?”
Zeynalova Xədicə- gənc: “Həyatda hər zaman özümüzə inanmalı və beləcə hərəkət etməliyik”.
Bəli, özünə inanıb, güvənən insana sözün əsl mənasında qapılar açıqdır. Ancaq bunun üçün əlimizdə olan amillərdən yararlanmalı, gələcək üçün addım atmalıyıq.
Zeynalova Xədicə- gənc: “Xarici dillərə yiyələnmək bizim üçün böyük şans olmalıdır ki, inkişaf edək”.
Qəbul etmək lazımdır ki, bəzi vaxtlar gənclər ətraf mühitin fikrinə daha çox önəm verir. Və bu anda Mikayıl Müşfiq deyir ki...
“İnsanların vəfaları sənə deyil, ehtiyaclarınadır. Ehtiyacları bitincə, sənə olan vəfaları da bitər”. Ona görə də, insanlara həddindən artıq dəyər verməməyi öyrənməliyik.
Tellan Zeynalova
- Baxış: 131