• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1228
— 22.01.2024 10:14

Azərbaycan qadını

Azərbaycan qadını öz zəkası, müdrikliyi və qəhramanlığı ilə hər zaman örnək, kamil bir qadın, ömür-gün yoldaşına böyük arxa, övladlarına isə anadır.

Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz qəlbli, mənsub olduğu elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkşafına önəmli töhfələr vermişdir. Bəzən isə  bütün qəhrəmanlıqlarına baxmayaraq, seçdikləri yox, məcbur olduqları həyat tərzini yaşamalı olmuşlar. Elə 1950-ci illərdə çəkdiyi üç filmlə Azərbaycan kinosuna yeni üslub gətirən kinorejissor Tofiq Tağızadənin “Görüş” filmində də bunun bariz nümunələrini görmək mümkündür.

Əminə Kazımlı- Gəncə şəhər M.Qasımov adına 23 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi: “Od kökü üstündə bitər. Tariximizə baxıb qürur duyur, nümunə götürürük. Bu günün Azərbaycan qadını geriyə baxdıqda onun kimi bu vətən uğrunda təkcə vətən deyil, öz idealları, inandıqları, doğru bildikləri uğrunda mübarizə aparan yüzlərlə Azərbaycan qadınını görür”.

Türk xalqının qadına nəcib münasibəti “Kitabi Dədə Qorqud” dastanında da öz əksini tapmışdır. Burla xatun, Banu Çiçək, Selcan xatun kimi qəhrəman qadın obrazları, onların həyat tərzi və cəsur davranışları cəmiyyətdə qadınların hələ yüz illər bundan əvvəl kişilərlə bərabərhüquqa, hətta onlardan daha üstün statusa malik olduğunu göstərir.

Zahidə Çələbiyeva- Gəncə şəhər M.Qasımov adına 23 nömrəli tam orta məktəbin rus dili müəllimi: “Qadınlarımız vətən uğrunda cəsur övladlar yetişdiriblər. Qəhrəman övladlar yetişdirdiklərinə görə qadınlarımızın qarşısında biz baş əyirik. Onlar həmçinin kişilərlə bərabər döyüşlərdə də iştirak ediblər”.

Tarixən xanımlar cəmiyyətin inkşafında aparıcı qüvvə kimi çıxış etmiş və özlərindən sonrakı nəsillər üçün Azərbaycan qadının mükəmməl örnəyinə çevrilmişdir.

Daşı da əridər, daş da olar o,

Əriyib, gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi.

Leyla Əliyeva

ƏTRAFLI...