• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 816
— 19.01.2024 10:15

Yazıçı necə doğulur?

Gənc olaraq maariflənmək üçün ən yaxşı yazıçıların əsərlərini oxuyuruq.  Əgər sual versələr ki, bəs əsl yazıçı necə doğulur, yaxud necə olmalıdır? Cavabı belə olacaq: “Hər yazıçı yazdığı yeni əsərlə yenidən doğulur”.

Texnologiyanın ən sürətli inkişaf dövründə yaşayırıq, buna görə kitab oxumaq gənclər arasında öz aktuallığını itirir. Ancaq bəzən maraqla yanaşdığımız sosial şəbəkələrdə vaxt keçirməkdən yoruluruq, gözlərimiz zəifləyir və nəticədə uzaqlaşmaq məcburiyyətində qalırıq. Bu zaman vaxtımızı dəyərləndirməyin ən yaxşı yolu kitab oxumaq olur ki, bu zaman da bizim üçün faydalı olan kitablardan və yazıçılar haqqında məlumatlı olmalıyıq. Gəlin, yaradıcılıq yollarında hələ yeni-yeni addımlayan gənc yazıçı Ləman xanımı tanıyaq.

Ləman Rəfiyeva- yazıçı: “Kitab oxumaq mənim hobbimdir. Əvvəlcə, oxuduğum kitablardan maraqlı məlumatlar əldə etməyə başladım. Sonra kiçik məqalələr yazmağa başladım və hazırda bu marağımın üzərində işləyirəm”.

Hər hansı bir yazıçının həyatı haqqında öyrənəndə görürük ki, daha çox təbiətdə, yaxud da özlərini ən rahat hiss etdikləri vaxtda və mühitdə yaradıcılıqla məşğul olurlar. Bəs gənc yazıçımız necə?

Ləman Rəfiyeva- yazıçı: “Mən daha çox sakitçilikdə işləyə bilirəm. Çünki səs-küy fikrimi yayındırır. Yazı yazmaq ideal mühit sakitlikdən keçir. Zamanlamaya gəldikdə isə hər bir şeyi planlamaq daha yaxşıdır. Hobbilərə başqa vaxt, işlərə başqa- belə olduqda bütün öhdəliklərimizi vaxtında və düzgün şəkildə yerinı yetirmiş olacağıq”.

Uğurumuzun başlanğıcı hər zaman yanımızda olub bizə dəstək olan insanlardır. Hətta bizim üçün ilham mənbəyi olanlar da var ki, həmin insanlarla söhbət yaradıcılığımızda yeni fikirlər formalaşdırır.

Ləman Rəfiyeva- yazıçı: “Əvvəlcə özümə olan inamım, daha sonra yanımda olan insanların mənə vediyi güvən hissi uğurlu biri olmağım üçün yetərlidir”.

Məqsədinə çatmaq üçün batan tikanı gül kimi qoxlaya bilsən, qazanarsan. Ona görə də məqsədimizə tərəf addımladığımız bu yolda qarşımıza nə maneə çıxır çıxsın, onları bir təcrübə kimi düşünərək qaldığımız yerdən davam etməyi bacarmalıyıq. 

Lalə Bağırova