• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 21.01.2024 18:47

Samuxda İrandan gətirilmiş narkotikin çatdırılmasını təmin edən şəxs saxlanılıb

KepezTV Player

Polis İrandan qeyri-qanuni yolla Samux rayonu ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryeri saxlayıb. Quba sakini Azad Rəsulov Samuxa gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.Şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 11 kq-a yaxın olan marixuana, heroin və metamfetamin kimi müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb. Şöbə əməkdaşları il başlayandan 18 fakt üzrə 13 kq-a yaxın müxtəlif növ narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.