• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2103
— 19.01.2024 08:59

Saxlanılan şəxsin üzərindən avtomat aşkarlanıb

KepezTV Player

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ədalət Məmmədov saxlanılıb. Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 5 ədəd güllə aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və Ədalət Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.