KepezTV Player
"Kəpəz" komandasının Azərbaycan Premyer Liqasının XIX turunda "Turan Tovuz"la keçirəcəyi ev oyununun yerinin dəyişdirilməsinin səbəbi bəlli olub. Gəncə klubundan verilən məlumata görə, bunadək rəqiblərini Tovuz şəhər stadionunda qəbul edən "sarı-göylər" qərb derbisinin həmin arenada oynanılmaması üçün Peşəkar Futbol Liqasına müraciət edib. “Qəbələ” və “Turan Tovuz” klublarının da razılığından sonra əzəli rəqiblərin prinsipial duelinin Qəbələ şəhər stadionunda təşkil olunmasına qərar verilib. Qarşıdakı günlərdə “Kəpəz” klubunun çempionatın ikinci hissəsindəki digər ev oyunlarını harada keçirəcəyi ilə bağlı məsələyə tam aydınlıq gələcək. Gəncə şəhər stadionu yenidən qurulduğu komanda rəqiblərini doğma məkanda qəbul edə bilmir.
- Baxış: 537