• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1783
— 06.01.2024 19:50

"Sarı-göylər" məşqləri bərpa edib

KepezTV Player

"Gəncə" basketbol klubu üçün bayram fasiləsi başa çatıb. Komandanın legioner və yerli gəlmə üzvləri bir-birinin ardınca Nizami yurduna dönürlər. "Sarı-göylər" kollektiv şəkildə hazırlığa yanvarın 8-də start verəcəklər. Gəncəyə ilk qayıdanlar sırasında klubun baş məşqçisi Bedri Meriç də var. Komandanın ilk dövrədəki çıxışını dəyərləndirən türkiyəli mütəxəssis heyətdə dəyişikliyin olmadığını qeyd edib. "Gəncə" ilk dövrəni 12 xalla 8-ci pillədə başa vurub. Komandanın ikinci dövrədəki ilk rəqibi turnir cədvəlinin lideri "Sabah" olacaq. Baş məşqçi ev oyununda qələbə qazanaraq azarkeşlərə bayram hədiyyəsi edəcəklərinə söz verib. 

Bedri Meriç- baş məşqçi: “İlk yarıda ilk 4 matça hazırlıqsız başlamışdıq. Hazırlıq matçı keçirməmişdik və bunun mənfi nəticəsini gördük. ilk 4 matçda güclü rəqiblərlə qarşılaşmışdıq və bizim üçün çətin olmuşdu. Ondan sonra oynadığımız 5 matçda çox yaxşı çıxış etdik. Bu oynadığımız 6 matçdan 3-nü qazandıq. Uduzduğumuz 3 matçda da biri iki uzatmaya, digər ikisində də son dəqiqələrdə yenildik. Yaxşı mübarizə aparırıq. Komandanın üzvləri də artıq bir-birlərinə alışdılar. 14 yanvarda ilk matçımızı "Sabah"a qarşı öz meydanımızda oynayacağıq. "Sabah" hazırda liqanın ən yaxşı büdcəyə malik olan güclü komandalarındandır. Hazırda liderdilər. Biz də onlara sürpriz hazırlamaq istəyirik. Oyun öncəsi 1 həftə gərgin məşqlərimiz olacaq. Düşünürəm ki, tətildən sonra azarkeşlərimizə bir qələbə hədiyyəsi olacaq”. 

Ramin Paşayev