• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1047
— 05.01.2024 19:37

Dünyanın 2023-cü il üçün rəmzi komandası

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən ilin rəmzi komandasını açıqlayıb. 2023-cü ilin rəmzi "11-liy"ində Lionel Messiyə yer verilsə də, Kriştiano Ronaldonun adı bu siyahıya salınmayıb. Qapıçı Ederson, müdafiəçilər Kim Min Je, Ruben Diaş, Alfonso Devis, yarımmüdafiəçilər Kevin de Bruyne, Lionel Messi, Cud Bellinqem, Rodri, hücumçular isə Erlinq Haland, Kilian Mbappe, Harri Keyn seçilib.