• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 04.01.2024 20:11

Cud Bellinqem 267.5 milyon avro olaraq qiymətləndirilir

Dünyanın ən bahalı 100 futbolçusunun adı bəlli olub. Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin yeni siyahısına əsasən, İspaniyanın "Real" klubunda çıxış edən ingiltərəli Cud Bellinqem ilk pillədə qərarlaşıb. 20 yaşlı oyunçunun dəyəri 267.5 milyon avro olaraq qiymətləndirilib. İngiltərə təmsilçisi "Mançester Siti"dən norveçli Erlinq Holann 251,2 milyon avro ilə ikinci, Bellinqemin komanda yoldaşı braziliyalı Vinisius Junior 250,3 milyon avro ilə üçüncü olub.