• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 04.01.2024 20:06

PSJ Fransa Superkubokunun qalibi olub

Pari-Sen-Jermen və “Tuluza” komandaları Fransa Superkuboku uğrunda görüşdə üz-üzə gəliblər. Qarşılaşma Parisdəki "Park des Prens" stadionunda baş tutub. PSJ rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolları 3-cü dəqiqədə Li Kan İn, 44-cü dəqiqədə Kilian Mbappe vurublar. PSJ bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 9 matça çatdırıb. Komanda sonuncu dəfə noyabrın 7-də, Çempionlar Liqasının qrup mərhələsində İtaliya "Milan"ına səfərdə məğlub olub - 1:2. PSJ 12-ci dəfə Fransa Superkubokunu qazanıb. Bu, turnirin rekordudur. Bu göstəricidə ən yaxın təqibçi 8 titul sahibi olan “Lion”dur.