• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1113
— 30.12.2023 16:02

Elnur Əliyev dünya çempionu adına layiq görülüb

KepezTV Player

Moskvada Powerlifting İPC/İPC-A WAA versiyası üzrə Dünya çempionatı keçirilib. Minə yaxın idmançının qatıldığı mundialda Gəncə idmançısı Elnur Əliyev də mükafatlar uğrunda mübarizə aparıb. 100 kq çəki dərəcəsindəki idmançıların mübarizəsinə qatılan  pauerlifterçi 3-lü və 2-li hərəkətlərdə hamıdan güclü olaraq Dünya çempionatının iki qızıl mükafatını mənimsəyib.

Elnur Əliyev- dünya çempionu: “Klassik pauerliftinqdən iştirak etmişdim. Və ikilikdə iştirak eləmişdim. Sinədən vurmada və yerindən ağırlıqqaldırmada. İkisindən də qalib gəldim. Çox şükür Allaha, Gəncəmizə, Vətənimizə qızıl medallar gətirdim. Gələn il WPF Federasiyasından Dünya Çempionatı olacaq. Bu il Hindistanın paytaxtında keçirilirdi. Gələn il Moskvada keçiriləcək. İnsallah, yazda o yarışa hazırlaşıb, mükəmməl şəkildə iştirak edəcəm”.

Ramin Pashayev