• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 29.12.2023 09:24

“Arsenal” öz meydanında məğlub olub

KepezTV Player

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində Londonun “Emireyts” stadionunda “Arsenal” eyni şəhərin “Vest Hem” komandasını qəbul edib. “Topçular”ın üstünlüyünə baxmayraq, görüş qonaqların qələbəsi ilə başa çatıb. Matçın 13-cü dəqiqəsində Carrod Bouenin ötürməsindən sonra Tomaş Souçek topu qapıya göndərərək qonaqları hesabda irəli çıxarıb. 55-ci dəqiqədə isə Devid Moyesin yetirmələri hesabdakı fərqi artırıb: Konstantinos Mavropanos dəqiq oynayıb. “Arsenal”ın oyun boyu davam etmiş təzyiqlərinə baxmayaraq, matçda başqa qol vurulmayıb – 0:2. Beləliklə, 19 oyundan sonra “Arsenal” turnir cədvəlində 40 xalla ikinci pillədə qalıb. Onu lider “Liveprul”dan iki xal ayırır.