• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 26.12.2023 10:15

Xoşbəxtlik

Xoşbəxtlik nədir?- sualına hər birimiz müxtəlif cür cavab veririk. Bəli, həyatda insanların baxış bucağı müxtəlifdir. Lakin hər birimiz xoşbəxt olmaq arzusu ilə yaşayırıq. Təəssüf ki, bəzən xoşbəxtliyin öz daxilimizdə olduğunun fərqində olmuruq.

Ruziyyə Quliyeva- Filologiya üzrə fəlsəfə doktoru: ”Mən özüm kiməsə kiçik də olsa bir yaxşılıq etdikdə, onun işinə yarayanda xoşbəxt oluram. Xoşbəxtlik ali bir hissdir. Onu yaşamaq, hiss etmək hər kəsə nəsib olmur”.

Rafiq Məmmədov- şəhər sakini: ”Xoşbəxtlik mənim üçün ilk növbədə ailəmdir. Ailəmin xoş günləri mənə sevinc verir. İkincisi isə işimdir”.

Necə deyərlər: "Səadət hər kəsin öz əlindədir. İşində, gücündə, əməlindədir".

Leyla Əliyeva