KepezTV Player
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək. 33 yaşlı oyunçu Sultanlar Liqasında mübarizə aparan "Karayolları" komandasına keçib. O, Ankara təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
"Karayolları" hazırda ölkə çempionatında 13 oyundan sonra topladığı 4 xalla sonuncu - 14-cü yerdə qərarlaşıb. Polina Rəhimova son olaraq Vyetnamın "Duk Qianq” komandasında çıxış edib.
- Baxış: 212