KepezTV Player
Yeri gəlmişkən, FİFA Azərbaycanın işğaldan azad olunan ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər. Bunu ali futbol qurumunun Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov deyib. Azərbaycanlı futbol funksionerinin sözlərinə görə, “FIFA Forward” proqramı çərçivəsində bu dəstəyin gələcəkdə həyata keçirilməsi gündəmdədir. 2016-cı ildə qurulan layihə çərçivəsində indiyə qədər FİFA-ya üzv olan 211 milli assosiasiyaya ümumilikdə 2,8 milyard dollar məbləğində yardım edilib. "Həmçinin, müharibələr zamanı futbolu dayanma nöqtəsinə gələn ölkələrin zərər görən idman müəssisələri üçün də lazımi dəstək veriləcək”, - deyə E.Məmmədov söyləyib.
- Baxış: 217