• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 23.12.2023 11:56

“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub

KepezTV Player

İngiltərənin “Mançester Siti” komandası klublararası dünya çempionatının qalibi olub. Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib. “Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. İkinci hissədə daha iki qol vurulub. Əvvəlcə 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0. Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.