• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 21.12.2023 12:17

Azad edilən ərazilərdə 30 ildən sonra ilk oyun keçiriləcək

KepezTV Player

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. Son gündə iki oyun keçiriləcək. "Neftçi" Bakıda "Qaradağ Lökbatan”ı qəbul edəcək. Günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olacaq. Çünki “Qarabağ” - MOİK görüşü Xankəndidə təşkil olunacaq. Ağdam təmsilçisi ilə “hərbçilər”in dueli işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq. Axırıncı dəfə 1993-cü ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Xankəndi şəhər stadionunda keçiriləcək "Qarabağ” – “MOİK” oyunu saat 14-də start götürəcək. Görüşü işıqlandırmaq üçün Xankəndiyə yollanan media mənsubları arasında Kəpəz telelviziyasının əməkdaşları da var. Hazırda bizimlə birbaşa bağlantıda olan həmkarımız, Vətən müharibəsi veteranı Orxan Cəfərzadə ən son məlumatları çatdırır.