• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2073
— 21.12.2023 11:43

Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilən ərazilərdəki 5 KSES-i bərpa edəcək

KepezTV Player

Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilən ərazilərdəki 5 kiçik su elektrik stansiyasını bərpa etməyi planlaşdırır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" qardaş ölkədən olan şirkətlərlə danışıqlar aparır və bu il stansiyaların bərpası layihəsi hazırlanıb. Bərpa işləri özəl investisiyalar hesabına həyata keçiriləcək. Nazir bildirib ki, son üç ildə ölkəmizin sərmayə resursları Böyük qayıdışın təmin edilməsinə, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib. İndiyə qədər dövlət büdcəsindən bərpa prosesinə 7 mlrd. dollardan çox vəsait ayrılıb. Qarabağın bərpası üzrə Türkiyə şirkətləri bağlanan müqavilələrin dəyəri 3,4 mlrd. dollardan çox olub.