• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 20.12.2023 10:14

Gənc dağ-mədən işçisi

Peşə və ixtisasların müxtəlifliyi ərtafımızda fərqli istedada malik insanların olması deməkdir. Hər zaman olduğu kimi bu dəfə də seçilən sahələrdən biri olan dağ-mədən işləri üzrə mütəxəssisin sahəsini öyrənməyə gəldik. Zəmanəmizdə dağ-mədən sektoru dünyanın bütün ölkələrinin iqtisadiyyatına və texniki inkişafına güclü təsir göstərən çox mühüm bir sahədir. İnsan hələ qədim dövrlərdən ibtidai alət seçərək faydalı qazıntılar və yanacaq ehtiyatlarını əldə etməyə başlayıb. İndi dünyada dağ-mədən işləri sürətlə inkişaf edir, bu sahədə təhsil alan gənclərin də sayı get-gedə artmaqdadır.

Əlişir Əhmədov- dağ-mədən işləri üzrə mütəxəssis tələbə: Uşaqlıqdan dağ-mədən işlərinə marağım olub. Elə böyüdükcə də maraqlandım, axtardım, sonra mənə dedilər ki, belə bir sahə var. Mənim də həvəsim olduğuna görə seçdim”.

Bu ixtisas sahiblərinin qazma işlərinin aparılması, faydalı qazıntıların daşınması, metal filizlərinin və ya metal olmayan materialların yerini müəyyənləşdirmək üçün tədqiqat aparılması kimi öhdəlikləri var. Onu da qeyd etmək lazımdır ki, hazırki dövrdə dağ-mədən sektoru dünyanın bütün ölkələrinin iqtisadiyyatına və texniki inkişafına güclü təsir göstərən çox mühüm bir sahədir.

Əlişir Əhmədov- dağ-mədən işləri üzrə mütəxəssis tələbə: Bizim əsas işimiz dağlarda gedən proseslər, işlər, bəzi şirkətlər var ki, onlarla əməkdaşlıq edirik. Belə ki, dövlətimizin bəzi qızıl işləri bizim əməyimizlə keçir. Bir çox yerlərdə bizim sahələrimiz var. Biz də öz işimizdə mütəxəssis olmaq üçün təhsil alırıq”.

Bu işin mütəxəssisinin mütləq təcrübəsi olmalıdır. Bacarıqları arasında isə faydalı qazıntıların kimyəvi halı ilə məlumatlı olmaq, yəni, nə hansı dərəcədə əriyir, donur, bunlara diqqət etmək yer alır. Həmçinin sahə üzrə mütəxəssis analitik düşüncə, gərgin və ağır iş şəraitində işləmə bacarıqlarını da özündə birləşdirməlidir. Ən əsası isə əgər bu işi seçmək istəyirsinizsə, hər zaman öz sağlamlığınıza diqqət etməlisiniz.

Əlişir Əhmədov- dağ-mədən işləri üzrə mütəxəssis tələbə: Əsas bizim mahiyyətimiz bizim mədənlərimizin, qızıllarımızın, yeraltı sərvətlərimizin üzə çıxması və dövlətə təhvil verilməsidir”.

Ümumiyyətlə, hər bir işin asan və çətin tərəflərinin olduğunun daim şahidi oluruq. Ancaq yaxşı deyirlər ki, sevdiyin peşə ilə məşğulsansa, sənin üçün hər şey asan olar. Hansı sahədə  işləyib, təhsil almağımızdan asılı olmayaraq, sevdiyimiz peşənin dərinliklərini daha yaxşı mənimsəməliyik. Çünki gələcək biz gənclərin əlindədir.

Lalə Bağırova

ƏTRAFLI...