• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 990
— 19.12.2023 16:13

"Gəncə" səfərdə də "Azərreyl"ə uduzub

KepezTV Player

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun bir oyunu keçirilib. Liderlər qrupunda qərarlaşan “Azərreyl” ortabablardan sayılan “Gəncə”ni sınağa çəkib. Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Gəncə” rəqibinə müqavimət göstərə bilməyib. Nəticədə bölgə təmsilçisi 0:3 hesabı ilə məğlub olub. Bu qələbə sayəsində xallarının sayını 18-ə yüksəldən “Azərreyl” “Abşeron”la birlikdə turnir cədvəlinə başçılıq edir. “Gəncə” isə 9 xalla 4-cü pillədə qalıb.

Azad Mustafayev