• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 19.12.2023 16:10

Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

KepezTV Player

Basketbol üzrə Azərbaycan Kubokunun 2023/24 mövsümünün püşkatma mərasimi keçirilib. Mart və aprel aylarında "Sərhədçi" İdman Mərkəzində reallaşacaq turnirdə 10 komanda iki yarımqrupda mübarizə aparacaq. Qrup oyunları dairəvi sistemdə keçiriləcək və ilk iki yeri tutan klublar yarımfinala vəsiqə qazanacaqlar. A qrupunda "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan", "Sumqayıt",
B qrupunda isə "Sabah", "Gəncə", "NTD-İNDİQO ", "Sərhədçi" və "Şəki" komandaları yer alıb.  Yarışın reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır. Azərbaycan Kubokunun ilk və hələlik son qalibi "Gəncə" klubu olub. "Sarı-göylər" ötən mövsüm finalda NTD üzərində qələbə qazanaraq trofeyə yiyələniblər. Həmin vaxt kubok yarışı ilk dəfə keçirildiyindən mükafat ilk sahibində - "Gəncə"də həmişəlik qalır.