• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2021
— 18.12.2023 10:19

Boşanma zamanı valideynlərin etdiyi səhvlər

Cəmiyyətdə qadınlara qarşı zorakılıq zəminində özünü göstərən bəlalardan biri boşanmış, dul qadınlara olan münasibətdir. Yanlış düşüncələr, münasibətlər, günümüzdə saysızdır və ağrıdıcı yanı bu düşüncələrin insan həyatlarına mənfi təsir göstərməsidir.

Ziddiyyətli ailələrdə cütlüklərin boşanması hüquq elminin ən uğurlu seçimlərindən biridir. İnsanlar bir-birini öldürməsin, inctiməsin, əzab içində yaşamağa davam edərək cəmiyyətə zəhər ötürməsin. Daha önəmlisi isə bu drama şahid olan travmalı uşaqlar yetişməsin deyə, dövlətlər rəsmi boşanma aktını düşünüblər. Amma cəmiyyətimizdə boşanan qadınlara münasibət birmənalı deyil. Bəzi qadınlar fiziki, psixoloji, hətta cinsi zorakılıqla üzləşsələr  belə boşanmaq üçün addım atmırlar, daha doğrusu ata bilmirlər. Buna isə ilk növbədə sosial-iqtisadi, psixoloji amillər təsir göstərir. Digər tərəfdən cəmiyyətin qınağı da bu işdə böyük rol oynayır. Qadın boşanmaq istəyəndə, hətta öz valideynləri belə buna müsbət yanaşmır. Nəticədə qadınlar məcburi şəkildə zorakılıq hallarına dözməli olurlar. Hazırda, boşanmaq istəyib, boşana bilməyən, min bir əzab-əziyyətlə evliliyini davam etdirən yüzlərlə ailələr  var. Məsələnin dərinliyinə vardıqda, həmin ailələrin boşana bilməməklərinin bir çox səbəbləri var. Qadının təhsilsiz, işsiz olması, iqtisadi baxımdan özünü təmin edə bilməməyi, cəmiyyətin boşanmış qadına birmənalı yanaşmamağı, uşaqların olması, həmçinin alimet ödəməməsi üçün boşanmayan kişilər  və s. bu səbəblərdəndir.

Xatirə Cəbrayılova- vəkil: “Aliment müəyyən olunarsa, uşaq hansı valideynin yanında saxlanılırsa, həmin valideynin uşağa qulluq etməsi, onun sağlamlığı, təhsili və digər məişət qayğıları ilə məşğul olması onun üzərinə düşdüyünə görə, digər valideyndən minimum dolanılacaq xərclərdən az olmayan məbləğdə aliment  tutulur. Əgər həmin valideynin əmək haqqı gündəlik  xərcləri ödəmirsə və xeyli az miqdarda olarsa, onda həm sabit  pul məbləğində, həm də əmək haqqının müəyyən hissəsindən aliment  tutulur”.

Sadalanan səbəbləri göz önünə gətirərək, bəzi münaqişəli ailələr evliliklərini davam etdirməyə məcbur olurlar. Amma təəssüf ki, bu, vəziyyətdən çıxış yolu deyil. Boşanma prosesi  zamanı ən mürəkkəb məsələlərdən biri də boşandıqdan sonra uşağın hansı valideynin yanında qalmasıdır.

Xatirə Cəbrayılova- vəkil: “Boşanma zamanı məhkəmə uşaqların mənafeyini nəzərə alıb uşaqları valideynlərin yanında saxlayırlar. Belə ki, uşaqlar barədə valideynlər arasında mübahisə olarsa, məhkəmə qəyyumluq və himayəçilik orqanı təyin edir və qəyyumluq və himayəçilik orqanının rəyi bu işlərdə vacibdir. Belə hallarda 10 yaşına çatmış uşaqlardan hansı valideynin yanında qalmaq istədiyi soruşulur”. 

Günay Əsgərova

ƏTRAFLI...