KepezTV Player
“Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. 51 yaşlı mütəxəssis bu raunddakı rəqibləri olan Portuqaliya təmsilçisi “Braqa”nın güclü komanda olduğunu bildirib: “Potensial rəqiblərin hər biri ciddi komanda idi. Portuqaliya klubları avrokuboklara ən ciddi yanaşan, möhkəm komandalardır. Yaxşı futbol göstərməyi bacaran kollektivdir” - deyə təcrübəli çalışdırıcı əlavə edib. “Qarabağ” “Braqa” ilə ilk oyununu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.
- Baxış: 162