KepezTV Player
Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Baş Prokurorluqdan bildirilib ki, təhsil müəssisəsində 2019-2023-cü illər ərzində tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şübhələr müəyyən edilib. Fakta görə rayon prokrurorluğunda cinayət işi başlanılıb.
- Baxış: 191