• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2340
— 16.12.2023 11:48

Bakı, Sumqayıt və Gəncədə növbəti güzəştli mənzillərin satışına start verilib

KepezTV Player

Bu gün Bakının Hövsan qəsəbəsində, eləcə də Sumqayıt və Gəncə şəhərlərində güzəştli satışa çıxarılan ümumilikdə 432 mənzilin seçim prosesi başlayıb. Gəncənin Azərbaycan Bayrağı küçəsində yerləşən Yaşayış Kompleksi üzrə 34 mənzilin seçimi 19 dekabr saat 11-də başlayacaq və 23 dekabr saat 11-dək davam edəcək. Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaşa minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən şəxsə isə bütün məbləğə əlavə 10 % endirim əldə edilir.