• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 15.12.2023 19:45

Kənd təsərrfatında risklərdən sığortalanmaq asanlaşdı

KepezTV Player

Aqrar Sığorta Fondunun Goranboy rayonunda da filialı fəaliyyətə başlayıb. Burada da fermerlər aqrar sığorta barədə geniş məlumat ala, əkin və təsərrüfatları sığortalaya, müxtəlif sənədləşdirmə işlərini həyata keçirə, sığorta hadisələri barədə məlumat verə bilərlər. Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, yeni filial Gəncə-Daşkəsən regionuna daxil olan rayonlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə də əhaliyə aqrar sığorta xidmətləri göstərəcək. Nəticədə aqrar sahənin risklərinin qarşılanmasına böyük dəstək olacaq. Fond sədri sığorta ödənişlərinin məbləğinin 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə isə 6 milyon manata çatacağının gözlənildiyini vurğulayıb. Artıq zərərlə üzləşən sığortalı fermerlərə 4 milyon manata yaxın ödənişlər edilib. Bu gün Goranboy və Şəmkir fililallarının fəaliyyətə başlamsı ilə Aqrar Sığorta Fondunun filialarının sayı 6-ya çatıb.