
Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində iki pillə irəliləyib. Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 1305,48 xalla 76-cı sırada qərarlaşıb. Yığma əvvəlki reytinqdə 78-ci olub. Millətlər Liqasında Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda çıxış edən Azərbaycan millisi 5 qələbə, 1 heç-heçəyə imza ataraq B Liqasına yüksəlib.
- Baxış: 208