• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 15.12.2023 12:04

"Qarabağ" ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

KepezTV Player

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma erkən qolla əlamətdar olub. Görüşün 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb. "Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib. Fasiləyə az qalmış "Qarabağ" ikinci qolu vurub. 45+3-cü dəqiqədə Yassin Benzia rəqibi məyus edib. 56-cı dəqiqədə meydan sahiblərinin heyətində Marko Veşoviç birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Qalan vaxtda İsveç komandası təsəlli qolu ilə yadda qalıb. Bədavi Hüseynov avtoqola imza atıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən "Qarabağ" qrupda ikinci yeri tutmaqla növbəti raunda vəsiqə qazanıb. Ağdam klubu tarixində ilk dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.

"Qarabağ"ın yer aldığı H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini qəbul edib. Və rəqibini böyükhesab ilə məğlubiyyətə uğradıb - 5:1. Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.