• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1060
— 13.12.2023 19:44

Olimpiya idman kompleksində yanğın olub

KepezTV Player

Gəncədə yanğın olub. Hadisə şəhərin olimpiya idman kompleksinin üzgüçülük hovuzunun yerləşdiyi hissəsində baş verib. Yanğın ümumi sahəsi 1000 m² olan üzgüçülük hovuzunun sauna otağında qeydə alınıb. Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 5 yanğın söndürən avtomobili və 35 canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb. Sahəsi 4 m² olan sauna otağının bütün taxta üzlüyü yanıb. Üzgücülük hovuzunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.