• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 13.12.2023 15:45

"Qarabağ" sabah sonuncu oyuna çıxır

KepezTV Player

Sabah “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək. Ağdam klubu 6-cı turda İsveçin “Hakken” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur. "Qarabağ" digər oyunun nəticəsindən asılı olmadan pley-offa vəsiqə qazanmaq üçün qələbə qazanmalıdır.