• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 12.12.2023 19:22

Şəhidin xatirəsinə cüdo birinciliyi

KepezTV Player

Yarışın açılışında şəhid Hüseyn Nəsibovun döyüş yoluna nəzər salınıb. Yetişən nəslin qəhrəmanlarımız kimi vətənpərvər ruhda böyüməsinin əhəmiyyətinə toxunulub. Ardından yarışlara start verilib. 

Cəfər Verdiyev- Gənclər və idman sektorunun müdiri: “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Tovuz, Qazax, Yevlax, Samux, Naftalan, Goranboy komandaları və digər rayonların komandaları iştirak edirlər. Yarışın keçirilməsinin məqsədi şəhidlərimizin xatirəsinin anılması, həmçinin bu idman növünün regionlarda inkişaf etdirilməsi, dostluq əlaqələrinin gücləndirilməsi məqsədi daşıyır”.

Açıq birincilikdə ümumilikdə 17 şəhər və rayondan 350 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Gəncə birincilikdə 4 komanda ilə təmsil olunub. Yarışda Nizami Yurdunun 80 idmançısı ustalığını nümayiş etdirib.

Əli İsmayılov- cüdoçu: “Gəncəni təmsil elədim. 24 kq çəki dərəcəsində mübarizə apardım. 3 görüşdən ikisini udmuşam, birində uduzmuşam və bürünc medal qazanmışam”.

Ələsgər Mirzəyev- cüdoçu: “Bakıdan gəlmişəm - “Turan” idman klubundan. 24 kq çəki dərəcəsində çıxış elədim. 4 görüş keçirtdim, hamısını da qələbə ilə başa vurdum və həmin çəkinin qalibi oldum”.

Səfər Həsənov- cüdoçu: “Bu yarışda Mingəçeviri təmsil eləyirdim. 30 kq çəki dərəcəsində 5 görüş keçirdim. Hamısında qalib gəldim və birinci yerə çıxdım”.

Bu cür yarışların təşkili yetişən cüdocular üçün yarış təcrübəsi qazandırmaq, mübarizə əzmi yaratmaq, onların potensialını üzə çıxarmaq məqsədi daşıyır. Birinciliyin Vətən uğrunda canından keçən Şəhidlərimizin xatirəsinə həsr olunması isə vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir.  ``

Ramin Paşayev