• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 816
— 11.12.2023 10:24

Şəhərdə velosipeddən istifadənin artması nəyin göstəricisidir?

Bir gənc olaraq, əyləncənin hər növünü sevirəm. Buna, velosipedlərdən doya-doya istifadə etmək də aiddir. Niyə də olmasın? Axı deyirlər, həyat qısadır. Doyunca əylənmək lazımdır. Bəzən vaxtın dərinliyini, mənasını anlamırıq. Bəlkə də, anlamaq istəmirik? Çətinliklərlə rastlaşan kimi bezirik, tükənirik. Ancaq bu həyatın, yaşamağa dəyər yer olduğunu unuduruq. İstər insana, istər təbiətə olan sevgimiz isə daim bizimlə olur. Bizi yaşadan təbiətin, gözəlliklərin fərqindəyikmi? Xatırladaq ki, bu gün yəni 11 dekabr - BMT-nin qərarına əsasən, 2002-ci il Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq, növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılıb.

Ölkəmizin isə hər qarış torpağında olan möcüzə onun təbiətini, ab-havasını daha da gözəlləşdirir. Buna misal olaraq, 11 iqlim qurşağının 9-nun Azərbaycanda olduğunu demək bəs edər.

Mirzəyev Vüsal- tələbə: "Velosipeddən gündəlik həyatımda daha çox istifadə edirəm. Bu həm məni nəqliyyat sıxlığından uzaqlaşdırır, həm də getmək istədiyim yerə daha tez çatıram".

İnsanların dediyinə görə, gənclər velosipeddən istifadəni çox sevirlər. Bunun doğruluq payını araşdırmaq üçün, gəncimizdən soruşduq. Və nəticə də bizi qane etdi. Gənclik ümid doğurur.

Tellan Zeynalova

ƏTRAFLI...