• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 11.12.2023 12:10

Əliyar Ağayev "Mançester Siti"nin oyununu idarə edəcək

KepezTV Player

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. 36 yaşlı ədalət təmsilçisi Serbiyada yerli “Srvena Svezda” və “Mançester Siti” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyununu idarə edəcək. Ona yan xəttlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Görüş dekabrın 13-də baş tutacaq.