KepezTV Player
İlk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirində rapid yarışları başa çatıb. Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan yarışda 9 turdan sonra 11 xalı olan Azərbaycan şahmatçısı Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir. Liderin ən yaxın izləyiciləri hindistanlı Arjun Eriqaisi, Vidit Santoş və Yorden Van Forestdir. Onların 10 xalı var. Sabah yarışda blits üzrə partiyalar oynanılacaq. Qalib rapid və blits üzrə toplanan xalların cəminə əsasən məlum olacaq.
- Baxış: 185