• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1427
— 09.12.2023 19:27

“Gəncə” Cəlilabadda əzmkar qələbə qazanıb

KepezTV Player

Bu gün Azərbaycan Basketbol Liqasının 7-ci turunda növbəti oyun keçirilib. “Cəlilabad” doğma meydanda “Gəncə”ni qəbul edib. Gərgin oyunda iki əlavə vaxt baş tutub. Yerli komanda 14 xallıq fərqdən geri dönüş edib hesabda irəli çıxsa da, bu üstünlüyü əlavə vaxtın sonlarında əldən verib. Beləliklə, "Gəncə" oyunu 114:108 hesablı qələbə ilə tamamlayıb. Ən məhsuldar basketbolçular “Cəlilabad”dan Tomas Kobi, “Gəncə”dən isə Culs Mur olub.