• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 05.12.2023 12:00

Metro və avtobuslarda oğurluq edən Gəncə sakini tutulub

KepezTV Player

Bakıda müxtəlif vaxtlarda insanların sıx olduğu yerlərdə, marşrut avtobuslarında və metro stansiyalarında 4 nəfərin mobil telefonlarını oğurlayan şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.  Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1970-ci il təvəllüdlü Muraz Bayramov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.