Bu gün də ixtisasımıza olan sevgimizdən danışacağıq. Eyni zamanda peşəmizlə bağlı seçimlərimizdən və onların nəticələrindən. Necə deyərlər,
Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır, yarımçıq papaqçılıqdan.
İnsanın müəyyən seçimlər qarşısında qaldıqda düzgün qərar qəbul edə bilməsi, onun ən üstün keyfiyyətlərindəndir. Onlar içərisində peşə, ixtisas seçimi həyat üçün ən zəruri olanlarıdır. Lakin bəzən bu qərarlarımızda yanılırıq. Bunun əsas səbəblərindən biri, peşə seçiminin elmi əsasları haqqında onun müəyyən biliyə, məlumata malik olmamasıdır. Statistikaya əsasən deyə bilərik ki, gənclərin çoxu ixtisasından fərqli peşəyə yönəlir və çalışır. Ümumiyyətlə, gənclər məzun olduğu sahə üzrə karyera qurmaqda nə qədər maraqlıdır? Müsahibimizdən soruşaq.
Çinarə Quliyeva- ixtisaslaşdırma üzrə məsləhətçi: “Tələbələr öz istəyi ilə addım atmalı və arzularını reallaşdırmalıdırlar. Biz də bunun üçün əlimizdən gələni edirik”.
Müsahibimizin dediklərinə əsasən deyə bilərik ki, abituriyentlərin seçimi bəzən valideynlərin məcburiyyəti əsasında olur. Onların müəyyən zamanlarda yalnış qərarları sözün əsl mənasında bizim həyatımızı əks yönə belə dəyişə bilir. Psixoloqlarımız isə bu yerdə deyir ki, ailə uşaqların qərarlarını dinləməli və istəklərini nəzərə almalıdır.
Çinarə Quliyeva- ixtisaslaşdırma üzrə məsləhətçi: “İxtisas seçimi edərkən dövrün tələblərini və ən çox qazanc əldə edə biləcəyimiz ixtisasları ön planda saxlamağı unutmamalıyıq”.
Müasir dövrdə ölkəmizin sosial – iqtisadi, mədəni – maarif həyatında baş verən intensiv tərəqqinin tələblərinə uyğun kompleks islahatlar proqramı həyata keçirilir. Təxirəsalınmaz islahatların mühüm tərkib hissələrindən biri kimi inkişafımızın strategiyasına cavab verə biləcək təhsil sisteminin təkmilləşdirilməsi daha da aktuallaşır. Əsas məqsəd formalaşmaqda olan gənc nəsli kiçik yaşlardan həyata uğurlu hazırlamaqdan ibarətdir. Həyata, əməli fəaliyyətə hazırlıq isə ölkədə gedən yeni iqtisadi inkişaf tempinin tələbinə müvafiq ixtisaslı peşə sahiblərinin yetişdirilməsini özündə ehtiva etməsidir.
Tellan Zeynalova
- Baxış: 246