• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 30.11.2023 17:07

Avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza səhər saatlarında Lənkəran-Boradigah-Masallı yolunun Girdəni kəndi ərazisində qeydə alınıb. "Opel" markalı minik avtomobili hərəkətdə olarkən, həmin kənd sakini 1991-ci il təvəllüdlü Xeyrəddin Sübhan oğlu Rəcəbovu vurub. X.Rəcəbov aldığı xəsarətlərdən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.