• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1258
— 30.11.2023 17:03

Azərbaycan millisi FIFA reytinqində 6 pillə irəliləyib

KepezTV Player

Azərbaycan millisi FIFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyib. Yığma 114-cü mövqedə qərarlaşıb. Hazırda baş məşqçisi olmayan komanda 1174.22 xala malikdir. Milli AVRO-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya yenilib - 0:5. Argentina yığması reytinqdə liderliyini qoruyub.