KepezTV Player
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb. Çinin “Çjetsyan” komandası ilə qarşılaşmanın ardından futbolçular arasında qarşıdurma olub. Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub. Buna onun rəqib komandanın üzvlərindən birinin boynundan tutaraq sıxması səbəb olub. Görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
- Baxış: 200