• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 30.11.2023 09:03

Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş dünya çempionatında qızıl medal qazanıb

KepezTV Player

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb. 70 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu finalda iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Azərbaycanın digər təmsilçilərindən - 65 kq-da Əli Rəhimzadə, 74 kq-da Turan Bayramov və 92 kq-da İbrahim Yusubov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elnurə Məmmədova gümüş, Nərgiz Səmədova isə bürünc medal qazanıblar.