• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1396
— 29.11.2023 19:48

Boks üzrə şəhər birinciliyi keçirilib

KepezTV Player

Gəncə Olimpiya İdman Kompleksində İdmanın boks növü üzrə şəhər Birinciliyi keçirilib. Yarış Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gerçəkləşib. Mübarizəyə 2008-2009-cu il təvəllüdlü yeniyetmələr qatılıblar. 17 çəki dərəcəsi üzrə təşkil olunan yarışda 100-dən artıq dəri əlcək sahibi mükafatlar uğrunda mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən yarışın sonunda ilk üçlüyə düşən boksçular medal və diplomlarla təltif olunublar.

İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “Bu şəhər birinciliyində Gəncə şəhərində fəaliyyətdə olan bütün idman məktəbləri və eyni zamanda idman klublarının yetirmələri iştirak edir ki, bu yarışdan sonra şəhər çempionları Respublika çempionatında iştirak etsinlər. Məqsəd, qarşıdan gələn Respublika birinciliyinə şəhər yığma komandasının tərkibini müəyyənləşdirmək və istedadlı idmançıları aşkar etməkdir”.

Tunar Məmmədov- şəhər birincisi: “Gəncə UGİM-1-i təmsil elədim. 44 kq çəki dərəcəsində iki döyüşə çıxdım. Hər iki döyüşü də qələbə ilə başa vurdum. Səhər-axşam məşqlərimizi davam etdirdik və bu yarışda da şükür Allaha, qələbə qazandım. İnşallah, qarşıdakı məqsədim Respublika çempionu olmaq və Avropaya vəsiqə qazanmaqdır”.

Ramin Paşayev