“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib. Qitə futbol qurumu Moldedə baş tutacaq görüşü belçikalı referilərə etibar edib. Qarşılaşmanı Erik Lambrexts idarə edəcək. Noyabrın 30-da keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. H qrupunda “Qarabağ” ikinci, “Molde” isə üçüncü pillədə qərarlaşıb. Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq "Qarabağ" - "Hakken" görüşü üçün biletlər də satışa çıxarılıb.
- Baxış: 178