• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1843
— 27.11.2023 16:11

Xeyli sayda silah-sursat aşkar edilib

KepezTV Player

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib. Əməliyyatlar zamanı rayon ərazisindən 2 ədəd yivli “TOZ”, 3 ədəd müxtəlif markalı ov tüfəngi, 1 ədəd əl qumbarası, fişəng atan tapança və 16-sı “Makarov” tapançasına məxsus olmaqla ümumilikdə 47 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Şöbə əməkdaşları tərəfindən reallaşan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.